
“Rəhbərliklə fikirlərimiz üst-üstə düşür” – Elvin Məmmədov
- 19:31
- 39
"İki tur bundan qabaq Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətin. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, "Neftçi"nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb. Onu düşünürük".
Rekord.az xəbər verir ki, "Səbail"in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 35-ci turunun "Neftçi" ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.
- Artıq Birinci Liqaya fokuslanmısız? Heyəti yığmaq baxımından...
- Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən "Səbail" iddialı olub, birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik. (Sportal)