"Real"ın yarımmüdafiəçisi Lukas Vaskes Madrid təmsilçisinin onunla yeni müqavilə imzalamaq təklifini rədd edib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı oyunçu müqavilə şərtlərindən narazı qaldığı üçün bu addımı atıb. Tərəflər arasında danışıqların dayandırıldığı bildirilib.

Xəbərdə "Real"ın futbolçularla müqavilənin uzadılması ilə bağlı danışıqlarda  maliyyə məsələlərini nəzərə aldığı qeyd olunub. Vaskesin yayda komandanı tərk etməsi ehtimalının böyük olduğu vurğulanıb.