“Real”ın futbolçusu Martin Edeqor koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Komandanın son verdiyi testlərdə norveçli futbolçunun nəticəsi pozitiv olub. O, bunu bilmədən komanda ilə məşq edib. Ona görə də, klubun digər üzvlərinin yenidən testdən və müayinədən keçiriləcəyi bildirilir.