"Real" yeni transferi Trent Aleksandr-Arnold üçün imza mərasimi təşkil edib.


Rekord.az xəbər verir ki, tədbirdə futbolçunun ailəsi və "Real"ın prezidenti Florentino Peres iştirak edib.


İngiltərə millisinin də üzvü olan 26 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayın kimi nəzərdə tutulan müqavilə imzalanıb. 


Trent 2016-cı ildən etibarən "Liverpul"un əsas komandasında çıxış edirdi. O, Mersisayd klubunun heyətində iki dəfə İngiltərə çempionu olub, bütün daxili kubokları, FIFA klublararası dünya çempionatını və UEFA Çempionlar Liqasını qazanıb.