"Səbail"lə oyunda qırmızı vərəqə aldığı üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzaya məhkum edilən Rauf Əliyev yeni baş məşqçi Tərlan Əhmədovun gəlişindən sonra əvəzedici komandaya göndərilmişdi.

Lakin Rekord.az xəbər verir ki, Rauf bu günə kimi də əvəzedici komanda ilə məşqə çıxmayıb.

Əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov Raufun köməyinə ehtiyac duysa da, futbolçu özü ikinci komandaya qoşulmayacağını bəyan edib. Bu gedişlə Rauf qışda "Kəpəz"dən ayrılacaq. Çünki Tərlan Əhmədov cəza müddəti bitəndən sonra belə, Raufu gələcək planlarına daxil etmək fikrində deyil.