"Neftçi"nin baş məşqçisi Roberto Bordin Rauf Əliyevin üstündən xətt çəkib.

Rekord.az xəbər verir ki, baş məşqçi ilə hücumçu arasında münasibətlər oktyabrın 5-dən pozulub.

"Ağ-qaralar" həmin gün Premyer Liqanın 7-ci turu çərçivəsində "Səbail"ə qalib gəlsə də, 30 yaşlı forvard iki-üç epizodda əla qol fürsətini boşa verib. İtaliyalı çalışdırıcı o vaxtdan Raufu əsas heyətə salmır.

Ötən 5 tur ərzində cəmi 2 dəfə sonradan meydana daxil olan hücumçu Bordinə etirazını bildirib. O, həmçinin klub rəsmiləri ilə görüşündə baş məşqçinin taktiki seçimindən şikayətlənib, italyanın komandanı düzgün oynatmadığını söyləyib.

Raufun dedikləri apenninli mütəxəssisin qulağına çatdığından forvardın adı qışda göndərilməsi nəzərdə tutulan futbolçuların siyahısına salınıb. (sportinfo.az)