Ramiz Məmmədov qalır, yoxsa gedir?
- 11:00
- 53
"Mingəçevir"də hələ də bütün suallar açıq qalır.
Rekord.az xəbər verir ki, bir vaxtlar "ASTA" ilə böyük səs-küy yaradan klub hazırda gələcəyi naməlum vəziyyətdə gözləyir.
Baş məşqçi kim olacaq, heyətdən kim gedir, kim qalır, komanda nə zaman bir araya gəlir, harda gəlir, bütün bu suallar açıqdı. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Ramiz Məmmədov da böyük ehtimalla komandada qalmayacaq. Ayın sonuna kimi rəhbərliklə görüşəcək. Amma həmin vaxta qədər futbolçulara və bir çox yerə olan borclar ödənməlidir. Qısası, ayın sonuna kimi maddi məsələdə müsbət dəyişiklik olmasa, Məmmədov da komandadan gedəcək.