Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Göydağlı Ramazan Əbülfət oğlunun xatirəsinə həsr edilmiş basketbol yarışı keçirilib.

Rekord.az xəbər verir ki, Culfa rayonu Yaycı kənd 2 nömrəli tam orta məktəbdə reallaşan yarışda öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ramazan Göydağlı haqqında məlumatları diqqətə çatdırıb, onun qəhrəmanlıq yolundan bəhs ediblər.

Yarış Yaycı kənd 2№-li tam orta məktəbi komandasının qalibiyyətilə bitib. İdmançılara diplom, fəxri fərman və basketbol topları təqdim edilib.