Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda Azərbaycanlı idmançı Rafael Fiziyev, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadə bir araya gəliblər.


Rekord.az xəbər verir ki, Rafael Fiziyev klubun bazasına gəlib, Qurban Qurbanovla görüşüb.


Baş məşqçı döyüşçünü stadionla tanış edib. Qurban Qurbanov Azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Rafael Fiziyev isə öz növbəsində “Qarabağ”ın baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.


Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.


47,3 milyon izləyicisi olan UFC-nin rəsmi “Instagram” səhifəsində tədbirdən foto və videolar paylaşılıb.