Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
- 03 Noy 2025 19:40
- 48
Yay Olimpiya Oyunlarının mükafatçısı, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev XXV Yay Deflimpiya Oyunlarına hazırlaşan eşitmə məhdudiyyətli karateçilərlə görüşüb.
Rekord.az xəbər veir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
R.Ağayev görüş zamanı baş məşqçi Seymur Xudaverdiyev və məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi altında keçirilən taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, onlara öz tövsiyələrini verərək uğurlar arzulayıb.
Qeyd edək ki, XXV Yay Deflimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.