Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş boccia idman növü üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirin açılışında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov ,Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov iştirak etmişlər.

Oyun qaydaları, keçirilməsi məqsədləri iştirakçıların diqqətinə çatdırılmış və turnirə start verilmişdir.

Turnirdə Qusar rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar, gənclər və qazilər iştirak etmişlər.

Sonda bütün iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən serifikatlarla təltif edilmişlər.