Şövkət Orduxanov adına Qusar stadionu sökülərək yerində yeni stadion tikilməli idi. Lakin söküntünün üstündən bir neçə il keçsə də heç bir tikintidən söhbət gedə bilməz. Köhnə stadionun yerində yalnız xarabalıqlar qalıb. "Şahdağ" klubunun fəaliyyətini dayandırması, AZENCO şirkətinin komandadan imtian etməsindən sonra stadionun gələcək taleyi, ümumiyyətlə, qaranlıq qalıb.

Rekord.az-a Qusardakı mənbələrdən daxilı olan məlumata görə, stadion məhz AZENCO-nun balansındadır.

Bu şirkət isə futboldan çəkildiyi üçün stadion ərazisini də satmağı düşünür. İlkin məlumatlara görə, ərazinin özəl şirkətlərdən birinə satılması ətrafında müzakirələr gedir. Həmin şirkət stadion ərazisində böyük otel tikməyi düşünür. Oteldən əlavə, ərazidə istirahət mərkəzi, kotejlər, oyun zalları və hovuz da nəzərdə tutulub. Amma stadionun taleyi ilə bağlı AZENCO tam qərar vermədiyindən indidən dəqiq fikir bildirmək də çətindi.