Qusar azarkeşlərinə stadionla bağlı şad xəbər
- 12:00
- 51
Uzun müddətdir yarımçıq qalan Qusar stadionunda işlər yenidən bərpa olunub.
Rekord.az-a daxil olan məlumata görə, stadion gənclər və idman nazirliyinin balansına verilib.
Nazirlik hazırda tikinti işlərini davam etdirir və 5 min tamaşaçı tutumuna malik arenanın 2027-ci ildə istifadəyə veriləcəyi gözlənilir.