"Qarabağ"ın martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə matçı ilə bağlı problemlə üzləşib. Millinin toplanışı səbəbindən kasad heyətlə qalan baş məşqçi Qurban Qurbanov "Qalatasaray"la oyun üçün digər klublardan da bir neçə futbolçu cəlb etmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, həmin futbolçulardan biri "Sabah"ın ukraynalı yarımmüdafiəçisi Sergey Kaşukdu. Lakin "bayquşlar" hələ ki, bununla bağlı son sözünü deməyib.

Klubdan saytımıza verilən açıqlamaya görə, məsələ həllini tapadan sonra ictimaiyyətə məlumat veriləcək.