Quluzadə üçün Tunis sınağı
- 17:00
- 30
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.
Rekord.az xəbər verir ki, milli komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yollanıb.
Quluzadə fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", fevralın 6-dan 8-dək isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək.
Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.