Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur.

Rekord.az xəbər verir ki, nümunəvi çıxışlar məşqçi Amani Vaqif tərəfindən keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.