Qubada daha bir idman tədbiri baş tutub
- 2023-09-07 12:17
- 419
Quba Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur.
Rekord.az xəbər verir ki, nümunəvi çıxışlar məşqçi Vaqif İsmayılov tərəfindən keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.