Antuan Qrizmann İspaniyanın "Atletiko" klubunun tarixində 200 qol vuran ilk futbolçu olub.


Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.


Hücumçu buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun ev oyununda nail olub. Fransalı forvard Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qalib gəldikləri matçın 45+1-ci dəqiqəsində fərqlənib.


Qeyd edək ki, "Atletiko" sözügedən qarşılaşmada 5:1 hesabı ilə qalib gəlib.