Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər 1 və 3 saylı tam orta məktəbinin idman zallarında oğlanlar və qızlar arasında voleybol üzrə “Zəfər” turniri keçirilir.

Rekord.az xəbər verir ki, oğlanların mübarizəsində 6, qızların mübarizəsində isə 4 komanda iştirakı iştirak edir.

Həm oğlanlar, həm də qızlar arasında keçirilən turnirdə Qobustan şəhər 3 saylı tam orta məktəbin komandası liderlik edir. Qobustan şəhər 1 və 2 saylı tam orta məktəblərinin və eləcə də Sündü kənd tam orta məktəbinin komandaları da qələbəyə real namizəddirlər. Turnir 4 noyabr tarixində başa çatacaqdır.