Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər 1 və 3 saylı tam orta məktəbinin idman zallarında oğlanlar və qızlar arasında voleybol üzrə “Zəfər” turniri keçirilib.

Rekord.az xəbər verir ki, oğlanların mübarizəsində 6, qızların mübarizəsində isə 4 komanda iştirakı iştirak edib.

Həm oğlanlar, həm də qızlar arasında keçirilən turnirdə Qobustan şəhər 3 saylı tam orta məktəbin komandası qalib gəlib. Rayonun Sündü kənd tam orta məktəbinin komandaları da uğurlu çıxış edərək, qızların mübarizəsində II, oğlanların mübarizəsində isə III yerə nail olmuşlar. Oğlanlar arasında turnirdə II yerə şəhər 1 saylı, qızlar arasında turnirdə isə III yerə şəhər II saylı tam orta məktəblərin komandaları layiq görülmüşlər.

Turnirin qaliblərinə və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.