Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər 1 və 3 saylı tam orta məktəbinin idman zallarında yeniyetmə oğlanlar arasında voleybol üzrə qış turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd voleybol idman növünün yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək komandanın müəyyənləşdirilməsi olmuşdur.

X-XI sinif şagirdləri arasında keçirilmiş turnirdə 6 orta məktəbin komandaları iştirak edib.

Final oyununda Qobustan şəhər 3 saylı tam orta məktəbin komandası Sündü kənd tam orta məktəbinin komandasına qalib gələrək I yeri tutmuşdur.

Üçüncü yerə gərgin mübarizədə şəhər 2 saylı tam orta məktəbinin komandasına qalib gələn şəhər 1 saylı tam orta məktəbinin komandası layiq görülmüşdür.

Turnirin qaliblərinə və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.