Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-nin “Güləş” idman zalında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, yeni tədris ilində təlim-məşq proseslərinin təkmilləşdirilməsi, zona və respublika miqyaslı yarışlarda yeniyetmə idmançıların müəyyən olunmasıdır.

Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun keçirilən yarışda 2 yaş qrupu üzrə 58 yetirməsi iştirak edib.

Müxtəlif çəki dərəcələrində Ömər Kuryayev, Novruz Cahid, Novruz Kamal, İbadov İsmayıl, Şirinov Əli, Kənan Seyidli, Nuran Abdiyev, Nofəl Bayımlı, Cabbarov Rəvan, Bəybala Ağaməmmədov və Şirəliyev Şahin qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.