
“Qızıl top” mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlandı
- 19 May 2025 22:00
- 22
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.
Mərasim sentyabrın 22-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.
Ötən il “Qızıl top” mükafatını "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Rodri qazanıb.