Avropa çempionatında iştirak edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi yer aldığı C qrupuna ev sahibliyi edən Almaniyanın Düsseldorf şəhərindədir. "Rekord.az" xəbər verir ki, komandamız buraya hazırlıqların son etapını keçdiyi Sloveniyadan yollanıb.
Ataman Güneyligilin rəhbərlik etdiyi yığmamızın qrup rəqibləri meydan sahibi ilə yanaşı, Çexiya, İsveç, Türkiyə və Yunanıstan kollektivləridir. C qrupunda mübarizəyə avqustun 17-də start veriləcək. Millimiz isə ilk görüşünə avqustun 18-də çıxacaq.

AVRO-2023
Oyunlarımızın təqvimi
C qrupu

18 avqust
22:00. Azərbaycan - Çexiya

19 avqust
22:00. Azərbaycan - Almaniya

20 avqust
22:00. Türkiyə - Azərbaycan

22 avqust
19:00. Azərbaycan - Yunanıstan

23 avqust
22:00. İsveç - Azərbaycan