Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan komandamız Çexiya ilə qarşılaşıb və möhtəşəm qələbə qazanıb.

Rəqibi quru hesabla məğlub edən yığmamızda hamıdan çox Polina Rəhimova fərqlənib. Hücumçumuz qarşılaşmada 17 xal qazanıb. Rəhimova rəqibi 13 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.

Komandamızın heyətində Yelizaveta Ruban 15, Odina Əliyeva 11, Ayşən Abduləzimova 9, Olena Xarçenko 9, Kristina Besman 1 dəfə fərqləniblər.