"Qərar verilib, biz də razılaşmalıyıq"
- 19:35
- 39
"Qarabağ" Misli Premyer Liqasının 31-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərə təşəkkür edirəm. Futbolçular tam gücləri ilə oynadılar. Onlara iradlarım yoxdur. Qalib gələ də bilərdik, məğlub ola da. İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. "Qəbələ" həm oyununa, həm xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Tsxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram.
- 90 dəqiqə ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?
- Sona yaxın düşündük. Ehtiyat etdik ki, sistem pozula bilər. Həm də belə havada sonradan oyuna girənlərdə nəfəs almaqda çətinlik olur. Ümumiyyətlə səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunu pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə çox da ehtiyac yox idi. İstədik ki, futbolçular 90 dəqiqə oyunun gərginliyini hiss etsinlər.
- Kubokun "Sabah"la oyununun cəzaları açıqlandı. Belə ağır cəza və cərimələr gözləyirdiz?
- Deyəcək bir söz yoxdur. Belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız aqressiv hərəkət ediblər, hakimı təzyiq göstəriblər. Qərar verilib, biz də razılaşmalıyıq. (Sportal)