«Qəbələ»nin prezidenti Fariz Nəcəfovun cəbhəyə yollanması böyük rezonansla qarşılanıb.

Rekord.az xəbər verir ki, əslən Ağdamdan olan klub rəhbəri artıq 2 həftəyə yaxındır ki, ordu sıralarındadır.

Rütbə daşıyan Nəcəfov hazırda döyüşlərin getdiyi ən qaynar nöqtələrdən biridir.

Maraqlıdır ki, Fariz bəy silaha sarılmasının mətbuata sızmasını istəməyib. Yaxın ətrafına dönə-dönə tapşırıb ki, bu barədə KİV-ə heç bir informasiya verilməsin, sosial şəbəkələrdə nəsə yazılmasın.

Onun Silahlı Qüvvələrin tərkibində ermənilərlə savaşa atılmasından sonra «Qəbələ» başlı-başına qalmayıb. İdarəçilik faktiki olaraq vitse-prezident səlahiyyətlərini yerinə yetirən Səbuhi Qarayevə tapşırılıb.