
“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi
- 15:30
- 40
“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.
Rekord.az xəbər verir ki, Komanda iyunun 30-da Qəbələdə hazırlığa başlayacaq.
Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı barədə məlumat veriləcək.