
“Qəbələ”nin futbolçusu əməliyyat olundu
- 23 May 2022 23:04
- 517
“Qəbələ” futbolçularının sağlamlıq durumu ilə bağlı yeni məlumatı açıqlayıb.
Rekord.az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçunun proqram üzrə bərpa prosesi davam edir.
“Qırmızı-qaralar”ın vitse-kapitanı Ürfan Abbasov bu gün çarpaz bağlarından əməliyyat olunub. Müdafiəçinin cərrahi müdaxiləsi uğurla yekunlaşıb.
Yaovi Akakpo və Gülağa Əsədov isə zədədən sonra xüsusi proqram üzrə bərpa prosesi keçir.