Çilidə 20 yaşadək yığmalar arasında dünya çempionatı keçirilir.


Rekord.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasiru da bu turnirin iştirakçısıdır.


O, çıxış etdiyi Nigeriya millisi ilə ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub. 


Əsas heyətdə oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.  


Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.