“Qəbələ”dən ayrılacağı deyilən Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, nigeriyalı futbolçu İsrailin “Hapoel” (Kiryat-Şimona) klubu ilə anlaşıb.

Hazırda klublar arasında keçidin son detallarının müzakirə edildiyi bildirilir. 29 yaşlı hücumçunun qısa zamanda İsrailə uçacağı və yeni klubu ilə müqavilə imzalaması gözlənilir.

2019/20 mövsümünü icarə əsasında “Hapoel”də keçirmiş Adeniyinin “Qəbələ” ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.