
Qəbələdə basketbol turniri
- 12:19
- 35
Qəbələ rayonunda "Qəbələ İdman Paytaxtı - 2025" çərçivəsində yeniyetmə və gənclər arasında 3x3 basketbol idman növü üzrə rayon turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, turnir 29-30 iyun 2025-ci il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman bazasında keçirilmişdir.
Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişdir.