
"Qəbələ"də ayına 6 min dollar qazanacaq
- 09 İyl 2022 14:00
- 865
Fares Abu Akelin «Qəbələ»də qazanacağı məbləğ bilinib.
Rekord.az xəbər verir ki, «Aşdod»la müqaviləsini pozan yarımmüdafiəçi «qırmızı-qaralar»dan hər ay 6000 dollar əməkhaqqı alacaq.
Əyalət klubu ilə 1 illik müqaviləyə imza atan 25 yaşlı israillini bonuslar da gözləyir.
Komanda Premyer Liqada medalçılar sırasına düşərsə, yəni, avrokuboklara vəsiqə əldə edərsə, onun gəliri bir qədər də artacaq.
Həmçinin gələn mövsüm oyunların 70 faizindən çoxunda meydana çıxarsa, ümumi qazancının üstünə əlavə ödəmə ediləcək. (sportinfo.az)