
“Qəbələ”də anqolalı vinger
- 05 İyl 2025 22:00
- 45
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Rekord.az xəbər verir ki, anqolalı sağ vinger Paulo Kimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.
“Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoanı heyətinə qatıb.