
“Qəbələ” veteran futbolçu ilə müqaviləni yeniləyəcək
- 09 May 2022 13:00
- 727
“Qəbələ” tək legioner yox, yerli futbolçularla da yeni müqavilə barədə danışıqlara başlayıb.
Rekord.az xəbər verir ki, ilk olaraq veteran futbolçu Asif Məmmədova yeni müqavilə təklif edilib.
35 yaşlı futbolçu təklifi müsbət dəyərləndirib və yaxın zamanlarda tərəflər hazırda qüvvədə olan müqavilənin müddətini daha 1 illik uzadacaq.