
“Qəbələ” üçün yeni titul sponsoru
- 14 Avq 2021 17:45
- 643
“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa başlayıb.
Rekord.az xəbər verir ki, Tikinti materialları sektorunda liderlərdən olan “Gilan&Knauf” brendi artıq bu komandanın titul sponsorudur.
“Qəbələ” İdman Klubu ilə “Gilan&Knauf” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb. Anlaşmaya əsasən əsas komandanın oyun formalarının ön hissəsində “Gilan&Knauf” brendinin loqosu əks olunacaq.
“Gilan&Knauf”un əsası “Gilan Holdinq” və “Knauf Gips AG” tərəfdaşlığı ilə 2006-cı ildə qoyulub. “Gilan&Knauf” tikinti materialları sahəsində Azərbaycanda lider şirkətlərdəndir.