1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Qəbələ" növbəti mövsümdə daha çox legionerlərə üstünlük verəcək.

Lakin Rekord.az xəbər verir ki, I Liqada özünü yaxşı tərəfdən göstərmiş yerli futbolçular da komandada saxlanılacaq.

Xüsusilə gənc futbolçularla yola davam ediləcək. Ümumiyyətlə yerli bazardan yerli futbolçuların alınması planlaşdırılmır. Bu ehtiyac hazırkı heyətdə yer alan yerlilərlə ödəniləcək.