 
        “Qəbələ” Futbol Akademiyası fəaliyyətini dayandırıb?
- 07 Noy 2020 13:00
- 833
“Qəbələ”dəki maddi durumun pisləşməsinin klubun futbol akademiyasının da fəaliyyətinə mənfi təsirindən danışmışdıq. Hətta qeyd etmişdik ki, Azərbaycanın başqa bölgələrindən uşaq qəbulu dayandırılmış, həmçinin kənardan gələn məşqçi-mütəxəssislər də ixtisara salınmışdı.
Rekord.az-a daxil olan məlumata görə, məhz bu səbəbdən akademiyanın inzibati binası fəaliyyətini dayandırıb.
Akademiyadakıların böyük əksəriyyəti yerli futbolçu və məşqçilərdi ki, onlar da Qəbələdə yaşadıqları üçün akademiyada qalmalarına ehtiyac qalmır.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        