"Qəbələ"nin işləri hələ də düzəlmək bilmir.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi hələ də AFFA rəhbərliyi ilə görüşə bilmir.

Məhz bu səbəbdən klubun maddi təminatı da sual altına düşüb. Federasiyadan da ümidverici bir söz deyilmir. Məhz bu səbəbdən avrokuboklarda iştirak edəcək komanda sadə transferlərlə kifayətlənir. "Şamaxı"dan İlkin Qırtımovu heyətinı qatan bölgə təmsilçisi, o qədər də yüksək səviyyəyə malik olmayan Kristof Atanqana və Yaovi Akakpo ilə də müqavilənin müddətini uzadıb.