Azərbaycan I divizionunda çıxış edəcək “Qəbələ-2” yeni mövsümün hazırlığına başlayıb.

Rekord.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun tərkibində yeni yaradılan komanda bu gün ilk məşqinə çıxıb.

Əsasən futbol akademiyasının yetirmələrindən təşkil olunan ikinci komanda hazırlığına Qəbələ şəhər stadionunda start verib. “Qəbələ-2”ni bunadək U-19-un baş məşqçisi olan Famil Xəlilov çalışdıracaq. Onun yetirmələri yeni mövsümə hazırlıq dövründə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.

Xatırladaq ki, I Divizionda 2021/22 mövsümü sentyabrın 13-də start götürəcək. İki dövrədən ibarət olacaq çempionatda 13 komanda mübarizə aparacaq.