Qazax Olimpiya İdman Kompleksində Cüdo idman növü üzrə 2010-2011 (2012) -il təvəllüdlü uşaq və yeniyetmələr arasında Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin nəzdində olan Qazax rayon UGİM-nin açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, UGİM açıq birinciliyində 85 nəfər idmançı iştirak edib.

Yüksək nəticə göstərən idmançılar müvafiq diplomlarla təltif olunublar.