Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 2009-2010-cu il təvəllüdlü məktəblilər arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Qax Şəhər stadionunda və 2 N-li məktəb liseyin idman zalında keçirilən yarışda 13 (qız, oğlan) məktəb komandası iştirak edib.

Sonda qalib komandalar Qax rayon Gənclər və İdman sektoru tərəfindən diplomlarla və hədiyyələrlə təltif olunublar.