Qaxda voleybol üzrə Uşaq Gənclər və İdman məktəbinin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd rayonda voleybol idman növünün kütləviliyinin daha da artırılmasına nail olmaq, gənc voleybolçuların idman ustalıqlarının artırılması ,perspektivli voleybolçuların aşkar edilməsi və rayonun yığma komandasının yaradılmasıdır.

Birincilik məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.