Cari mövsümün yekunlarına görə I Liqanı tərk edən "Qaradağ Lökbatan" fəaliyyətini dayandıra bilər.

Rekord.az-a daxil olan məlumata görə, "Neftçi" İSM-in bu il üçün ayrılacaq büdcədə "Qaradağ Lökbatan" nəzərdə tutulmur.

Yekun qərar iyunun əvvəli veriləcək. Hazırda isə bütün futbolçular istirahətə buraxılıb və deyilib  ki, kims istəsə, özünə yeni klub axtara bilər.