
“Qarabağ”la oyunda qələbə qazanmağa çalışacağıq”
- 18:45
- 29
Danimarka təmsilçisi “Kopenhagen”in qapıçısı Dominik Kotarski "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
"Ot örtüyü yaxşı səviyyədə deyil. Amma hər iki kollektiv eyni şəraitdə oynayacaq. Bunda hər hansı problem görmürəm. Sabah bizi ağır oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq".
"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.