
"Qarabağ"la oyunda "Kəpəz"in qapısını kim qoruyacaq?
- 03 Noy 2023 14:00
- 1013
Həftəsonu "Qarabağ"la qarşılaşacaq "Kəpəz"in baş məşqçisi Azər Məmmədov çıxılmaz vəziyyətdədir.
Rekord.az xəbər verir ki, o, qapıya hansı qapıçını qoyacağına dair qərar verə bilmir.
Yeni transfer Rodriges "Turan Tovuz"la son oyunda o qədər də inamlı təsir bağışlamadı. Bu mənada Məmmədov yenidən Kamran İbrahimovu çərçivəyə qaytarmaq istəyir. Lakin onun da əlində olan zədə hələ tam sağalmayıb. Lakin İbrahimov özünü oynamağa hazır saysa, böyük ehtimalla çərçivəni o qoruyacaq.