
“Qarabağ”ın sabiq məşqçisi “Hall Siti”dən ayrıldı
- 16 May 2025 16:20
- 61
İngiltərənin “Hall Siti” klubu baş məşqçi Ruben Selleslə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
41 yaşlı çalışdırıcı ötən ilin dekabr ayında “Hall Siti”nin baş məşqçisi təyin olunmuşdu.
Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.