“Qarabağ”ın rəqibinin futbolçusu mövsümü başa vurdu
- 30 Sen 2024 18:20
- 118
"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün (İsveç) futbolçusu Sead Hakşabanoviç zədə səbəbindən mövsümü başa vurub.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu qasıq nahiyəsində yaranan zədəyə görə gələn həftə əməliyyat olunacaq.
Bununla da o, cari mövsümün sonuna qədər heç bir oyunda meydana çıxa bilməyəcək.
"Qarabağ" "Malmö" ilə UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.