“Qarabağ” klubunun qapıçısı Andrey Lunyov Rusiya millisinə dəvət edilib.

Rekord.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı martın 14-15-də başlayacaq.

38 futbolçudan ibarət heyətdə 4 qapıçının adı var. Onlardan biri də Lunyovdur.

Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvay ilə Moskvada yoldaşlıq oyunu keçirəcək.