
“Qarabağ”ın futbolçusu əməliyyat edilib
- 13 İyn 2025 16:30
- 57
“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayev mövsüm başa çatdıqdan sonra əməliyyat olunub.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi təxminən 3 aylıq sıradan çıxıb.
Bu səbəbdən, İsayev kubokun finalını və millinin toplanışını buraxıb.
Onun komanda ilə birlikdə yeni mövsümün hazırlıqlarında iştirak etməyəcəyi də bildirilir.